Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, yığmamız dünya çempionatında sifariş etdiyi idmançıların bəzilərinin xidmətindən imtina edib.
Belə ki, komandamız noyabrın 19-28-də ABŞ-ın Hyuston şəhərində keçiriləcək mundiala 14 atlet sifariş versə də, son anda Sərdar Həsənovla (69 kq) İvan Stoitsov (85 kq) komandadan kənarlaşdırılıb.
Bununla, artıq 5 ildi yığmamızın düşərgəsində olan, lakin hər dəfə ya zədə, yada hazırlıqsız olması əsas gətirilən bolqarıstanlı legionerin Azərbaycan bayrağı altında debütü yenə alınmayacaq. Həmçinin, gözlənilən kimi Kristina Yovu (53 kq) millimizin düşərgəsinə gəlməyib və bu səbəbdən mundialı boşa verəcək.
Nəticədə Rio-2016-ya lisenziya xarakterli dünya çempionatında ölkəmizin idman şərəfini Silviya Angelova (48 kq), Boyanka Kostova (58 kq), Anastasiya İbrahimli (69 kq), Valentin Xristov (62 kq), Firidun Quliyev (69 kq), Elxan Əliquluzadə, Əfqan Bayramov (hər ikisi 77 kq), Nailxan Nəbiyev, İntiqam Zairov, Rövşən Fətullayev (hər üçü 94 kq) və Dadaş Dadaşbəyli (105 kq) qoruyacaqlar.
- Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub
- Azərbaycanla Belarus arasında idman memorandumu
- III Xankəndi Ultramarafonuna yekun vurulacaq
- Kamandan oxatma üzrə Azərbaycan Superkuboku keçiriləcək
- Asunsion Loriyente Bakıda Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyəti ilə tanış olub