Cüdo üzrə Azərbaycan millisinin keçmiş baş məşqçisi Peter Zayzenbaher həbs olunub. Apasport.az saytının məlumatına görə, avstriyalı keçmiş Olimpiya çempionu Kiyevdə saxlanılıb.
Pedofiliyada günahlandırılan 56 yaşlı mütəxəssis haqda beynəlxalq axtarış elan olunmuşdu. Buna səbəb Zayzenbaherin məhkəmə proseslərinə gəlməməyi və istintaqdan gizlənməsidi.
Onun məhkəmə prosesi ölkəsinə ekstradisiya olunduqdan sonra başlayacaq.
Qeyd edək ki, Zayzenbaher 11 və 13 yaşlı yetirmələrini zorlamaqda ittiham olunur. O, 1990-cı ilin sonlarında 2000-ci ilin əvvəllərində törətdiyi əməllərə görə indi cavab verməli olub.
- MOK-da Belarus Olimpiya Komitəsinin prezidenti ilə ikitərəfli tərəfdaşlıq müzakirə olunub
- Azərbaycan Qran-prisi rekordlarla yadda qalıb - FOTO
- Bakıda keçirilən üzgüçülük üzrə Dünya Kubokunda rekord
- Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər