Aprelin 6-da Türkiyənin Antalya şəhərində cüdo üzrə Qran-pri turniri keçiriləcək. Apasport.az saytının məlumatına görə, yarışa Azərbaycan millisi də qatılacaq.
Məşqçilər korpusu Qran-pridə 12 cüdoçuya şans verəcək.
Belə ki, kişilərin mübarizəsində Mehman Sadıqov, Tofiq Məmmədov (hər ikisi 60 kq), Nicat Şıxəlizadə (66 kq), Hidayət Heydərov, Telman Vəliyev (hər ikisi 73 kq), Məmmədəli Mehdiyev, Tural Səfquliyev (hər ikisi 90 kq), Zelim Kotsoyev (100 kq), Şahin Qəhrəmanov (+100 kq), qadınların yarışında isə Leyla Əliyeva, Bazarraqça Erdenebat (hər ikisi 48 kq) və Buyanxişiq Purevsuren (52 kq) tatamiyə çıxacaqlar.
Yarışa ümumilikdə 52 ölkədən 353 (231 kişi, 122 qadın) idmançının qatılması gözlənilir.
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib