İyunun 17-26-da Xantı-Mansiyskdə keçiriləcək komandalararası dünya çempionatına qatılacaq 10 ən gözəl qadın şahmatçının adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, yarış öncəsi müəyyənləşən Top-10-da azərbaycanlı qrossmeyster Zeynəb Məmmədyarovanın da adı var.
O, Natalya Buksa (Ukrayna), Karina Şzepkovska (Polşa), Ti May Hunq Hquyen (Vyetman), Venyun Ju (Çin), Tanya Saçdev (Hindistan), Valentina Qunina (Rusiya), Bela Xorenaşvili (Gürcüstan), Katerina Nemçova (ABŞ) və Xalid Mona (Misir) ilə birgə siyahıda yer alıb. “Top-10”u açıqlamaqda digər məqsəd mundialın ən gözəlini müəyyənləşdirməkdi. Artıq bunun üçün chess.pw saytında səsverməyə də start verilib. Məmmədyarova “Miss Chess Uqra” müsabiqəsində hələlik yalnız Buksadan geri qalır. Ukraynalı şahmatçı təmsilçimizi 3 səs qabaqlayır.
Qeyd edək ki, qalibin adı iyunun 15-də açıqlanacaq.
- MOK-da Belarus Olimpiya Komitəsinin prezidenti ilə ikitərəfli tərəfdaşlıq müzakirə olunub
- Azərbaycan Qran-prisi rekordlarla yadda qalıb - FOTO
- Bakıda keçirilən üzgüçülük üzrə Dünya Kubokunda rekord
- Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər