Mayın 1-dən 5-dək Fransada atıcılığın sportinq növü üzrə Avropa çempionatı keçiriləcək. Azərbaycan Atıcılıq Federasiyasının (AAF) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, federasiyanın vitse-prezidenti Rasim Rzayev komandanın çempionatda 10 atıcı ilə təmsil olunacağını bildirib: “Onlardan ikisi atıcılığa yeni başlayan idmançılardır, amma onların da uğurlu nəticələr əldə edəcəyinə ümid edirik. Komandamızın tərkibindəki idmançılar arasında idman ustası və idman ustalığına namizədlər də var. Digər idmançılarımızın nailiyyətləri də az deyil. Bu yarışda idmançılarımızdan qələbə gözləyirik ”.
Vitse-prezident qeyd edib ki, Azərbaycan sportinq idman növü üzrə Kipr, Rusiya, Macarıstan, İspaniyada keçirilən çempionatlarda iştirak edib:“Sportinq üzrə Avropa çempionatının 2016-cı ildə Azərbaycanda keçiriləcəyini ümid edirik. Biz namizədliyimizi irəli sürmüşük və müsbət cavab alacağımıza inanırıq”.
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"