Azərbaycan boksçusu fəxri kürsünün ən yüksək pilləsində
19.11.2015 - 17:26
Bolqarıstanın paytaxtı Sofiyada qadın boksçular arasında keçirilən "Balkan Cup" başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycan millisi 1 qızıl medal qazanıb.
London Olimpiadasının iştirakçısı Yelena Vıstropova 69 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Boksçumuz yarımfinalda Kanada təmsilçisini, finalda isə ispaniyalı Mirriam Qutyerrez Parranı məğlub edib.
Qeyd edək ki, “Balkan Cup”da İngiltərə, Fransa, İtaliya, Ukrayna, Bolqarıstan, Vyetnam, Kanada, Avstraliya, Yaponiya, Mərakeş, Əlcəzair kimi ölkələrin təmsilçiləri mübarizə aparıblar.
- Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub
- Azərbaycanla Belarus arasında idman memorandumu
- III Xankəndi Ultramarafonuna yekun vurulacaq
- Kamandan oxatma üzrə Azərbaycan Superkuboku keçiriləcək
- Asunsion Loriyente Bakıda Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyəti ilə tanış olub
0
0