Bakı-2015 ilk Avropa Oyunlarında iştirakı planlaşdırılan Azərbaycanın qadın velosipedçilərdən ibarət yığma komandasının üzvü Yelena Pavluxina məsul yarışa hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, fevralından etibarən Sloveniyanın şose velosipedi üzrə “Lyublyana” komandasının heyətində çıxış etməyə başlayan idmançımız, klubunun heyətində ilk uğurunu qazanıb.
O, Sloveniyada təşkil edilən "Šenčurja" Qran-Prisinin qalibi olub.
Kriterium xarakterli yarışda iştirakçılar 1,3 km-dən ibarət marşrut boyunca 21 dövrə vurublar. Hər 3 dövrədən sonra ara finişinin qeydə alındığı yarışda Pavluxina bütün rəqiblərindən daha yaxşı çıxış edib və Qran-Prinin qalibi olub.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı