“Bakı-2015 ilk Avropa Oyunlarına velosipedlə” layihəsi çərçivəsində Azərbaycana səfər edən Portuqaliya və Xorvatiyadan olan velosipedçilər sabah Gürcüstan ərazisindən Azərbaycana daxil olacaqlar. Apasport.az saytının məlumatına görə, portuqaliyalı velosipedçi Jorge Kristovao aprelin 10-da öz ölkəsindən yola düşüb və ümumilikdə 6000 km-dən artıq məsafə qət edib.
Xorvatiyada velosiped idmanının və turizmin təşviqi ilə məşğul olan “Pedalinac” velosiped klubunun 7 üzvü isə mayın 5-də yola çıxıb. Onların marşrutunun uzunluğu təxminən 4000 km-di.
Hazırda həm portuqaliyalı, həm də xorvatiyalı velosipedçilər Gürcüstan ərazisindədilər. Onlar iyunun 6-sı, saat 13:30-da Balakən rayonundakı “Mazimçay” sərhəd gömrük-keçid məntəqəsindən Azərbaycan ərazisinə daxil olacaqlar.
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
- Deflimpiyaçı güləşçilərimiz Belarusda zirvədə