“Güləş yığmamızın Bakıda ilk medalını qazanması xoşdu. Axı açılış mərasimində də bayrağı güləşçi daşımışdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Belarus millisinin yunan-Roma güləşçisi Soslan Daurov deyib.
Bakı-2015 ı Avropa Oyunlarında 59 kq çəki dərəcəsində çıxış edən belaruslu atlet yarışı gümüş mükafatla başa vurub. Daurov nəticəsi ilə yanaşı təşkilatçılıqdan da məmnun qaldığını bildirib: “Bu, mənim üçün böyük uğurdu. Düşünürəm ki, güləş millimizin son medalı olmayacaq. Məni dəstəkləyən azarkeşlərin hamısına təşəkkür edirəm. Finalda uduzmağıma gəlincə, həlledici görüşdə bəxtim gətirmədi. Avropa Oyunlarında çox gözəl şərait yaradılıb. Hər şey bizi sevindirir. İlişməli bir şey də yoxdu. Biz hələ bundan yaxşı turnir görməmişik. Təşkilatçılara təşəkkür edirəm”.
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
- Deflimpiyaçı güləşçilərimiz Belarusda zirvədə
- Kapoeyraçılarımız Tallində altı medal qazanıblar