Beş günə 2 döyüş
25.03.2014 - 04:52
Beş günə 2 döyüş

 

Boks üzrə keçmiş dünya çempionu Şennon Briqqs indiyə qədər görünməyən bir işin altına imza qoymağa hazırlaşır. Apasport.az saytının məlumatına görə, Briqqs professional rinqdə beş günə 2 döyüş keçirməyi planlaşdırır.

 

Döyüşlər 6 və 11 aprel tarixində Amerikanın Roli və Tampa şəhərlərində keçirilməlidir. Onun rəqibləri isə hələ müəyyən edilməyib.

 

Amerikalı boksçu ukraynalı dünya çempionu Vladimir Kliçkonu döyüşə çağırmaq cəhdindən bir neçə gün sonra professional rinqə qayıtdığını elan edib. O zaman Briqqs ukraynalının məşq etdiyi idman zalına gələrək, ayaqqabısını ona atıb. Amma Kliçko onun özünə xal qazanmaq üçün başladığı bu fırıldağı başa düşüb və cavab verməyib.

 

Briqqs 2010-cu il oktyabrın 16-da Vitali Kliçkoya uduzandan sonra rinqə çıxmırdı. O, 2006-2007-ci illərdə Ümumdünya Boks Təşkilatının versiyası üzrə dünya çempionu kəmərinə sahib olub. Briqqs professional rinqdə 59 döyüş keçirib. Onlardan 51-də qalib gəlib (45 döyüşdə nokautla).

 

 

0