Cənubi Afrika Respublikasından olan atlet Kaster Semenya yığma komandadakı rəfiqəsi Vayolet Raseboyya ilə nişanlanıb. Apasport.az saytının məlumatına görə, gəlinin qohumları ənənəyə uyğun olaraq 5 min rand (təxminən 1750 avro) məbləğində pul tələb ediblər.
Artıq hər iki ailə toya hazırlaşmağa başlayıb. Mərasimin bu il keçirilməsi planlaşdırılıb. Kaster və Vayoletin dostu bildirib ki, idmançıların bir-birini sevdiyinə əmindir: “Bu onlar üçün çox ciddi addımdır. Amma əminəm ki, təmiz sevgi sayəsində onları çox gözəl gələcək gözləyir. Bu onların karyerasına da müsbət təsir göstərəcək”.
Kaster Semenya bir qədər əvvəl verdiyi müsahibələrindən birində Vayoletin onun həyatında ən vacib insan olduğunu bildirib: “Hətta idman belə Vayolet qədər vacib deyil”.
Semenya 2009-cu ildə yüngül atletika üzrə dünya çempionatından sonra hormonal test verməyə məcbur olub. Bir çox idmançılar və mütəxəssislər kişilərə xarakterik olan bədən quruluşu və səs tembrinə görə onun qadın olmasına şübhə ilə yanaşıb. Testin nəticələri isə onun həqiqətən qadın olduğunu göstərib. 2010-cu ildə isə Yüngül Atletika Federasiyalarının Beynəlxalq Assosiasiyası ona qadınlar arasında keçirilən yarışlarda iştirak etməyə icazə verib.
Kaster Semenya 2012-ci il London Olimpiadasının gümüş, 2009-cu il dünya çempionatının qızıl və 2011-ci il dünya çempionatının gümüş mükafatçısıdır.
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"