Türkiyənin Antalya şəhərində keçirilən gənc cüdoçuların Avropa çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışa 43 idmançı ilə yollanan Azərbaycan millisi 7 medal qazanıb.
Komandamızın heyətində Hidayət Heydərov (66 kq), Samir Ağayev (73 kq) və Leyla Əliyeva (44 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yalnız finalda uduzan Murad Heydərli (60 kq), Eldar Sultanov (66 kq) və Musa Şəkərəliyev (90 kq) gümüş medalla kifayətlənib. Rüfət Tağızadə (60 kq) isə üçüncü yeri tutub.
Qeyd edək ki, yığmamız 16 ölkə arasında 2-ci olub. Komandamız yalnız Rusiyadan (7 qızıl, 8 gümüş, 12 bürünc medal) geri qalıb.
- “Sıfırı bir etdim” sənədli filminin təqdimatı keçirilib
- Formula 1-in 2027-ci il təqvimi: Azərbaycan Qran-prisinin tarixi bəlli oldu
- Surfkastinq üzrə ölkə çempionatı keçiriləcək
- Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı başa çatıb
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub