Aprelin 1-də Türkiyənin Samsun şəhərində cüdo üzrə Qran-pri turnirinə start veriləcək. Apasport.az saytının məlumatına görə, 3 gün davam edəcək yarışa Azərbaycan millisi də qatılacaq.
Komandamızın baş məşqçisi Peter Zayzenbaher Türkiyəyə güclü heyət aparacaq. O, Rioya lisenziya xalı verən turnirdə Orxan Səfərov, İlqar Müşkiyev (hər ikisi 60 kq), Nicat Şıxəlizadə (66 kq), Fəqan Quluzadə (73 kq), Rüstəm Alimli, Ziya Namazov (hər ikisi 81 kq), Məmmədəli Mehdiyev, Ramin Qurbanov (hər ikisi 90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq), Uşanqi Kokauri (100 kq) və Aişə Qurbanlıya (48 kq) güvənəcək.
Qran-pridə ümumilikdə 73 ölkədən 476 cüdoçu mübarizə aparacaq.
- Azərbaycanla Belarus arasında idman memorandumu
- III Xankəndi Ultramarafonuna yekun vurulacaq
- Kamandan oxatma üzrə Azərbaycan Superkuboku keçiriləcək
- Asunsion Loriyente Bakıda Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyəti ilə tanış olub
- III Xankəndi Ultramarafonu: üçüncü mərhələnin qalibləri bəlli olub