Braziliyada başa çatan dünya çempionatının mükafatlarının sahibləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, FİFA 6 rəsmi nominasiyada ən yaxşıları Almaniya və Argentina arasında keçirilən final matçından sonra mükafatlandırıb.
Həlledici oyunda uduzan cənubi amerikalıların kapitanı Lionel Messi mundialın ən yaxşısı seçilib. Bu nominasiyada Tomas Müller (Almaniya) ikinci, Aryen Robben (Hollandiya) üçüncü olub.
Müller “Gümüş top”dan başqa, “Gümüş buts” da qazanıb. Almaniyalı 5 qol vurub və kolumbiyalı Xames Rodrigesdən 1 qol geri qalıb. Braziliyalı Neymar isə 4 qolla 3-cü olub.
Almaniya ilə dünya çempionu olan Manuel Noyer və Mario Götze də finalı fərdi mükafatla tərk edib. Gənc Pol Poqba və mundialda özünü yaxşı tərəfdən göstərən Kolumbiya yığması da fərqlənənlərdən olub.
Finalın ən yaxşısı – Mario Götze (Almaniya)
Qızıl top (Ən yaxşı futbolçu) – Lionel Messi (Argentina)
Qızıl buts (Ən yaxşı bombardir) – Hames Rodriges (Kolumbiya) – 6 qol
Ən yaxşı gəc futbolçu – Pol Poqba (Fransa)
Qızıl əlcək (Ən yaxşı qapıçı) – Manuel Noyer (Almaniya)
“Fair-Play” mükafatı – Kolumbiya millisi
- Bakıda keçirilən üzgüçülük üzrə Dünya Kubokunda rekord
- Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər