Azərbaycan milli komandasının üzvü Cavid Çələbiyev sabah AİBA Pro Boxing (APB) turnirində növbəti döyüşünə çıxacaq. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, dünya çempionumuz bu dəfə venesuelalı Yoni Blanko ilə qarşılaşacaq.
23 yaşlı Blanko 2013-cü ildə Şimali Amerika oyunlarının bürünc mükafatçısı olub. Venesuela idmançısı APB-də keçirdiyi hər iki görüşdə rinqi məğlub tərk edib.
Çələbiyev isə ilk döyüşdə braziliyalı Robenilson Vieyraya uduzsa da, ikinci qarşılaşmada Türkiyə nümayəndəsi Selcuk Ekeri üstələyib.
Bu çəkidə əsas qarşılaşmalarda fransalı Xedafi Djelxir braziliyalı Robenilson Vieyra ilə, argentinalı Alberto Melian isə çinli Jiavei Janqla üz-üzə gələcək.
Qeyd edək ki, görüşlər Parisin Marsel Serdan Sarayında keçiriləcək.
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"