“Birinci Avropa Oyunlarının keçirilməsi tarixi bir hadisədi və mən də öz ölkəmi təmsil edərək tarix yazmaq üçün bu oyunları səbirsizliklə gözləyirəm”. APA-nın məlumatına görə, bu sözləri Bakıda keçiriləcək 1-ci Avropa Oyunlarında iştirak etmək üçün Azərbaycana gəlməyə hazırlaşan irlandiyalı xanım boksçu Keti Teylor yerli “herald.ie” saytına müsahibəsində deyib.
5 qat dünya, 6 qat Avropa, eləcə də Olimpiya çempionu olduğunu söyləyən K. Teylor Avropa Oyunlarına da məhz çempion olmaq məqsədilə qatılacağını söyləyib: “Bu yarışlara qoşulduğum üçün mənə qarşı çoxsaylı təzyiqlər olur, lakin mən bunlara qarşı dayanmağı sevirəm. Mən bütün zamanların ən yaxşı qadın boksçusu olacağam”.
Saytın yazısında qeyd olunub ki, Avropa Oyunları beynəlxalq multi idman hadisəsi olacaq və bütün Avropanın milli olimpiya komitələrini bir araya gətirəcək.
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
- Deflimpiyaçı güləşçilərimiz Belarusda zirvədə