“İdman Azərbaycanın həyatında çox vacib rol oynayır”. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstan baş nazirinin birinci müavini, energetika naziri Kaxa Kaladze deyib.
Onun sözlərinə görə, regionda idmanın inkişafı ölkələrimiz üçün böyük əhəmiyyət kəsb edir, onları daha da məşhurlaşdırır: "Azərbaycanda idman sahəsində böyük işlər görülüb. İdman Azərbaycanın həyatında çox vacib rol oynayır. "Bakı-2015" birinci Avropa Oyunlarına gedəcək Gürcüstanın rəsmi nümayəndə heyətinin tərkibində mən də varam. Şübhəsiz ki, mənim üçün Bakıda keçiriləcək bu tədbir maraqlı olacaq. Gürcüstanı bu möhtəşəm tədbirdə 100-dən çox idmançı təmsil edəcək. İdmançılarımız bu yarışa ciddi hazırlaşırlar".
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
- Deflimpiyaçı güləşçilərimiz Belarusda zirvədə
- Kapoeyraçılarımız Tallində altı medal qazanıblar