Ukraynalı boksçu, professionallar arasında WBA, IBF, WBO, IBO versiyaları üzrə dünya çempionu Vladimir Kliçko insanları seçkilərdə iştirak etməyə çağıracağını bildirib. Apasport.az saytının məlumatına görə, Kliçko aprelin 26-da Almaniyada Aleks Liepaiyə qarşı döyüşdən sonra qısa müddətdə siyasətlə məşğul olacaq.
Dünya çempionu qeyd edib ki, insanların təşəbbüs göstərərək seçim etmələrini istəyir: “Nə qədər çox insan seçim etsə, bizim irəliyə doğru irəliləməyimiz bir o qədər asan olacaq. Bu imkanı əldən vermək olmaz”.
Vladimir deyib Ki, dəfələrlə qardaşının müdafiəsinə qalxıb: “İnsanları qardaşıma səs verməyə çağırmışam. Amma bu gün sadəcə səsvermədə iştirak etmək vacibdir. Mənim öz nöqteyi-nəzərim var və qardaşım heç də həmişə fikirlərimlə razılaşmır. Mən heç bir partiyanın, o cümlədən qardaşımın başçılıq etdiyi “UDAR” partiyasının üzvü deyiləm. Mən bülletendə səs verəndə, bu ancaq mənim seçimim olur”.
Qeyd edək Ki, Vladimir Kliçko boks üzrə keçmiş dünya çempionu, Ukrayna prezidentliyinə əsas namizədlərdən biri Vitali Kliçkonun qardaşıdır.
- Azərbaycan birinciliyində növbəti mükafatların sahibləri bəlli olub
- Bakı Marafonunda rekord iştirakçı: 27 min nəfər qeydiyyatdan keçib
- Millimiz Gürcüstanda beynəlxalq təlim-məşq toplanışına başlayıb
- Raman Saley Dünya Seriyasında mübarizə aparacaq
- Mədət Quliyev Azərbaycan Velosiped Federasiyasının prezidenti postundan istefa verib