İtaliyanın Linyano Sabbyadoro şəhərində yeniyetmə və gənc cüdoçular arasında 21-ci “Alpe Adria” beynəlxalq turniri keçirilib. Apasport.az saytının məlumatına görə, 988 cüdoçunun mübarizə apardığı yarışa Azərbaycan gənclərdən ibarət milli komandasının heyətində “Qəbələ” İdman Klubunun üzvləri də iştirak edib.
Yığmamızın qazandığı 9 medaldan ikisi klubun cüdoçularının hesabındadı. İsmayıl İbrahimov finala qədər bütün rəqiblərinə qalib gələrək, yalnız həlledici görüşdə tatamini məğlub tərk edib. Bununla da cüdoçumuz gümüş medal qazanıb.
Rüfət Tağızadə isə İtaliyada bürünc medala sahib olub.
Qeyd edək ki, millimiz komanda hesabında turniri birinci yerdə başa vurub.
- Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub
- Azərbaycanla Belarus arasında idman memorandumu
- III Xankəndi Ultramarafonuna yekun vurulacaq
- Kamandan oxatma üzrə Azərbaycan Superkuboku keçiriləcək
- Asunsion Loriyente Bakıda Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyəti ilə tanış olub