İyunun 2-də Azərbaycan Milli Paralimpiya Komitəsində “Bakı-2015” birinci Avropa Oyunlarında mübarizə aparacaq paralimpiyaçı cüdoçular ilə görüş keçirilib. APA-nın Milli Paralimpiya Komitəsinə istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov idmançıların hazırkı vəziyyəti, hazırlıqları ilə maraqlanıb. Görüşdə, həmçinin idmançılarımızın Oyunlarda qarşılaşacaqları rəqiblər haqqında geniş müzakirələr aparılıb.
İlqar Rəhimov görüşün sonunda yarışlarda iştirak edəcək idmançılarımıza - İlham Zəkiyev, Zakir Müslümov, Səbinə Abdullayeva, baş məşqçi İbrahim İbrahimov və komandanın həkimi Mehdi Əhmədova müvafiq akkreditasiyaları təqdim edib.
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
- Deflimpiyaçı güləşçilərimiz Belarusda zirvədə