Qaliblər müəyyənləşdi
28.07.2014 - 10:57
Qaliblər müəyyənləşdi

Bakıda keçirilən beynəlxalq tennis turniri başa çatıb. Apasport.az saytının məlumatına görə, “Baku Cup 2014”ün son günü qalibləri müəyyənləşdirib.

 

Fərdi yarışların finalında son iki ilin qalibi üz-üzə gəlib. "Baku Cup 2012"nin qalibi 23 yaşlı serbiyalı tennisçi Boyana Yovanovski və 2013-cü ildə ölkəmizi qalib kimi tərk edən 19 yaşlı ukraynalı Elina Svitolina qarşılaşıb. Sonuncu 2 setdə qalib gəlib və titulunu qoruyub – 6:1, 7:6. Svitolina bu çempionluq sayəsində 43 min ABŞ dolları pul mükafatı qazanıb. Finalda məğlub olmuş Yovanovski isə 21 min 400 ABŞ dolları əldə edib.

 

Cütlərin yarışında isə rusiyalı Aleksandra Panova ilə böyük britaniyalı Piter Uatson qalib gəlib. Onlar finalda Şayar Peyer (İsrail) və Raluka Olarunu (Rumıniya) məğlub edib – 6:2, 7:6.

 

 

0