Rio-de-Janeyroda keçirilməli olan 2016-cı il yay Olimpiadası Londona köçürülə bilər. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Olimpiya Komitəsindəki mənbə bu məsələyə Braziliyada keçiriləcək futbol üzrə dünya çempionatından sonra baxılacağını bildirib.
Bundan əvvəl “The Evening Standard” qəzeti iddia edirdi ki, BOK məmurları Rio-de-Janeyro Olimpiadasının köçürülməsi ilə bağlı Londonla gizli danışıqlar aparıblar. İngiltərə tərəfi bildirib ki, 2012-ci ilin Olimpiya obyektləri dalbadal ikinci Olimpiada üçün hazır vəziyyətə gətirilə bilər.
BOK məmurları Braziliyanın olimpiya oyunlarına hazırlığının qrafikdən ciddi şəkildə geri qalmasından narahatdırlar: “Rio dünya çempionatı və Olimpiya oyunları kimi iki böyük turnirə 2 il intervala hazırlığa davam gətirə bilmir. Onlar düzgün hesablamayıblar, BOK isə bunu nəzərə almayıb. Hazırda Rio üçün əsas sınaq dünya çempionatının keçirilməsi olacaq”.
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"