Hollandiyanın Veyk-an-Zee şəhərində “Tata Steel Chess” superturnirində növbəti turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, yarışın III günündə Şəhriyar Məmmədyarov Pavel Elyanovla üz-üzə gəlib.
Qrossmeysterimiz ağ fiqurlarla oynasa da, məğlubiyyətə üzülüb. Ukraynalı şahmatçı həmyerlimizi mat edib.
Bu məğlubiyyətdən sonra aktivində cəmi 1 xalı olan Məmmədyarov Aniş Giri (Hollandiya) ilə 12-13-cü yerləri bölüşür. Lider Fabiano Karauna (ABŞ) isə təmsilçimizi 1,5 xal qabaqlayır.
III tur
Şəhriyar Məmmədyarov (Azərbaycan) – Pavel Elyanov (Ukrayna) – 0:1
Qeyd edək ki, Şəhriyar bu gün norveçli Maqnus Karlsenlə qarşılaşacaq.
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələ başa çatdı
- Bakı-Xankəndi velosiped yarışında 2-ci mərhələyə start verilib - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: İlk mərhələ başa çatdı
- Heydər Əliyev zirvəsinə ənənəvi yürüş təşkil olunub