Artıq üçüncü aydır koma vəziyyətində olan “Formula-1” yarışları üzrə 7 dəfə dünya çempionu Mixael Şumaxerin həyatına yeni bir təhlükə yaranıb. Apasport.az saytının məlumatına görə, komada olduğu müddətdə Şumaxerin çəkisi 20 kiloqram azalıb.
Almaniya mətbuatı yazır ki, xəstəxanaya düşəndə çəkisi 75 kiloqram olan Şumaxer indi cəmi 55 kiloqramdır. Həkimlər bunun onun həyatı üçün təhlükə yaratdığını bildirirlər. Hazırda onun çəkisinin stabil saxlanılması uğrunda mübarizə aparılır.
Digər tərəfdən, Şumaxerin iflic olduğu barədə xəbərlər yayılıb. Lakin pilotun meneceri Sabina Kim bu xəbəri təkzib edib.
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"
- “Gözünüz aydın, kişilər, müharibə bitdi” – Daşqın Əzizin müharibə xatirələri
- Fikrət Hüseynov UCI-nın Konqresində iştirak edib