Rusiyanın Nalçik şəhərində taekvondo üzrə ilk dəfə olaraq “Olimpiya Çəki Dərəcələrində Avropa Çempionatı” keçiriləcək. Apasport.az saytının məlumatına görə, 25-29 mart tarixlərində baş tutacaq yarışda Azərbaycan yığması da iştirak edəcək.
Turnirdə ölkəmizi Mikayıl Əliyev, Kamil Abdurrazakov (hər ikisi -58 kq), Ayxan Tağızadə, Sina Bahrami (hər ikisi -68 kq), Səid Quliyev (-80 kq), Radik İsaev və Ahmad Mohammadi (hər ikisi 80 +kq) təmsil edəcəklər.
Komandamıza baş məşqçisi Reza Mehmandoust Soumaehsaraei və böyük məşqçi Elnur Amanov rəhbərlik edəcəklər. Həmçinin, yarışda beynəlxalq dərəcəli hakimimiz Elşad Məmmədov da iştirak edəcək.
Qeyd edək ki, reytinq xarakterli “G1” kateqoriyalı Avropa Çempionatında ilk 3 yeri tutan idmançılar müvafiq olaraq 10, 6 və 3.6 xal toplayacaqlar.
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
- Deflimpiyaçı güləşçilərimiz Belarusda zirvədə
- Kapoeyraçılarımız Tallində altı medal qazanıblar