”Shamkir Chess 2014” turnirinin 8-ci turunda Fabiano Karuanaya məğlub olan Teymur Rəcəbov jurnalistlərin suallarına cavab verib. Apasport.az saytının məlumatına görə, Rəcəbov səhvi səbəbindən uduzduğunu deyib: "Partiyanın gedişində dəyişiklik mümkün deyildi. Mümkün gedişləri yoxladım. Oyuna təsir etmək imkanlarımdan istifadə etdim. Məğlubiyyət qaçılmaz oldu. Gedişləri düzgün hesablamadığım üçün vəziyyət pisləşdi. 6 aylıq fasilədən sonra ümumi nəticəni nəzərə alsaq, qayıdışımın normal olduğunu düşünürəm. 8 tur normal oynadım. Özümü yaxşı hiss edirəm. Şahmat formama qayıtmışam. Karlsenlə oyunda onun 95% gedişlərini düzgün hesabladım. Məhz ona görə də qalib gəldim. Gizlətmirəm ki, oyunumda təəssüf edici məqamlar da var".
Fabiano Karuana isə qələbəni belə şərh etdi: "Rəqibin mənə oynamaq imkanı verməsindən yararlandım. Düzgün gedişlər qələbəyə apardı. Teymur yaxşı şahmatçıdır. Ona görə də, qələbənin asan olmadığını deməliyəm. Lider Karlsendən 0,5 xal geri qalıram. Lakin turnirin axarı hər şeyin son oyunlarda həll olunacağını göstərir. Buna görə də konkret nəticə barədə danışa bilmərəm. Son turlar həll edici olacaq".
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"