Sloveniyanın Maribor şəhərində start götürən güllə atıcılığı üzrə Dünya Kubok Azərbaycan millisi üçün vaxtından əvvəl başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışda snayperlərimizin ikinci cəhdi də uğursuz alınıb.
Belə ki, 25 m məsafədən atəş açmada 32-ci olan komandamızın baş məşqçisi, eyni zamanda, aparıcı idmançısı İradə Aşumova 10 m-dən də hədəfə düşə bilməyib. O, bu dəfə 35-ci olub.
Eyni məsafəyə yarışda Ruslan Lunyov isə 46-cı yeri tutub. Halbuki, atıcımız 25 m məsafəyə atəş açmada 10-cu pillədə qərarlaşmışdı.
Qeyd edək ki, yarışın iştirak ərizəsində Rəsul Məmmədov adı olsa da, o Dünya Kubokunda dəqiqliyini yoxlamayıb.
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib