Yığmamız dünya çempionatından 3 medalla qayıdır
16.11.2015 - 10:03
Mərakeşin Kasablanka şəhərində keçirilən sambo üzrə dünya çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, mundialın son günü Azərbaycan millisi daha bir gümüş medal qazanıb.
Yığmamızın üzvlərindən Cavidan Qarayev fəxri kürsünün ikinci pilləsinə qalxıb. 62 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz finalda İvan Aniskeviçə (Belarus) uduzub.
Bununla da mundialdakı medallarımızın sayı 3-ə çatıb. Qarayevdən öncə Amil Qasımov (74 kq) və Emil Həsənov (68 kq) gümüş medal qazanıblar.
- Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub
- Azərbaycanla Belarus arasında idman memorandumu
- III Xankəndi Ultramarafonuna yekun vurulacaq
- Kamandan oxatma üzrə Azərbaycan Superkuboku keçiriləcək
- Asunsion Loriyente Bakıda Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyəti ilə tanış olub
0
0