İyunun 15-21-də Dubayda keçiriləcək şahmatın rapid və blits növləri üzrə dünya çempionatının yekun siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, 400 min ABŞ dolları mükafat fondu olacaq mundialda rekord sayda – 46 ölkədən 124 şahmatçı zəkasını yoxlayacaq.
Çempionatın reytinq-favoriti norveçli Maqnus Karlsendir (2882). Azərbaycan yığmasının heyətində isə hansısa dəyişiklik yoxdur. Dubayda ölkəmizin idman şərəfini son dünya çempionu Şəhriyar Məmmədyarovla (rapid) yanaşı, Teymur Rəcəbov, Rauf Məmmədov, Eltac Səfərli, Qədir Hüseynov, Vasif Durarbəyli, Namiq Quliyev və Nicat Abasov qoruyacaqlar.
- Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub