“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi vəfat edib
26.10.2024 - 10:47
“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi vəfat edib

"Xəzər Lənkəran" klubunun sabiq baş məşqçisi Elbrus Məmmədov vəfat edib.

Apasport.az xəbər verir ki, o, ötən gün dünyasını dəyişib. 

52 yaşlı mütəxəssisin ölüm səbəbi bəlli deyil.

Qeyd edək ki, E.Məmmədov Azərbaycanın U-21 millisinin məşqçisi olub. O, müxtəlif vaxtlarda "Xəzər Lənkəran", Sumqayıt"ın əvəzedici komandası və "İrəvan" klublarında baş məşqçi vəzifələrində çalışıb.

0