19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının oyunlarını idarə edəcək hakimlər müəyyənləşib.
Apasport.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Yığmamız noyabrın 6-dan 15-dək Sloveniyada Millətlər Liqası formatında təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsində mübarizə aparacaq. Bu qarşılaşmalarda Ukrayna, Çexiya və Şimali İrlandiya təmsilçiləri baş hakim olacaq.
Azərbaycan – Kosovo
Baş hakim: Kateryna Usova (Ukrayna)
Baş hakimin köməkçiləri: İryna Chaika (Ukrayna), Kaya Şkrban (Sloveniya)
Dördüncü hakim: Vanya Yankovic (Sloveniya)
8 noyabr. Breziçe. Saat 15:00
Sloveniya – Azərbaycan
Baş hakim: Veronika Kovarova (Çexiya)
Baş hakimin köməkçiləri: Tereza Hessova (Çexiya), Rachel Smith (Şimali İrlandiya)
Dördüncü hakim: Louise Thompson (Şimali İrlandiya)
11 noyabr. Çatej. Saat 15:00
Moldova – Azərbaycan
Baş hakim: Louise Thompson (Şimali İrlandiya)
Baş hakimin köməkçiləri: Louise Thompson (Şimali İrlandiya), Kaya Şkrban (Sloveniya)
Dördüncü hakim: Vanya Yankovic (Sloveniya)
14 noyabr. Breziçe. Saat 15:00
- Rauf Əliyev “Sabah”a inanır: “Eyni ssenari təkrarlana bilər”
- “Sabah”ın oyunu ilə əlaqədar metronun iş vaxtı 1 saat uzadılacaq
- “Sumqayıt”ın futbolçusu gileylidir: Müqaviləm olduğu halda komandada görülmürəm
- Dambrauskas inamlıdır: "Biz hazırıq"
- Rəhim Həsənov: "Turan"ın sayılmayan qolunda aşkar görüntü yox idi"