Yunis Hüseynov: “Özümü milli komandada görmək istəyirəm” - Eksklüziv
31.10.2023 - 14:04
Yunis Hüseynov: “Özümü milli komandada görmək istəyirəm” - Eksklüziv

Azərbaycan milli komandasının baş məşqçi postuna namizədlərdən biri bəlli olub.

Bunu apasport.az saytına açıqlamasında Yunis Hüseynov deyib.

Azərbaycan millisinin sabiq futbolçusu yığmanın baş məşqçisi postuna öz namizədliyini irəli sürüb. Məşqçilik karyerasında “Karvan”, “Xəzər Lənkəran”, “Standard”, “Keşlə” və “Kəpəz”i çalışdırmış 58 yaşlı mütəxəssis ölkənin əsas komandasında Canni de Byazini əvəzləmək istədiyini bildirib: “Özümü milli komandanın baş məşqçisi postunda görmək istəyirəm”.

Qeyd edək ki, 2020-ci ilin yayından Azərbaycan millisini çalışdıran de Byazi uğursuz nəticələr üzündən tənqidlərə məruz qalıb. Futbol ictimaiyyəti onu yerli mütəxəssisin əvəz etməsini istəyir.

0