Yuri Matias: "Hədəfim bu mövsüm 5 qol vurmaqdır" - Müsahibə
21.10.2023 - 11:54
Yuri Matias: "Hədəfim bu mövsüm 5 qol vurmaqdır" - Müsahibə

“Neftçi”nin müdafiəçisi Yuri Matias Premyer Liqanın 10-cu turunun “Səbail”lə görüşündən sonra jurnalistlərə müsahibə verib. Apasport.az saytı həmin müsahibəni təqdim edir:

- “Səbail” üzərində qələbəni necə şərh edərdin?
- Çox çətin və gərgin oyun alındı. Amma biz sonda qalib gəlməyi bacardıq. Ona görə çox xoşbəxtəm. Lakin biz qapımızda iki qol gördük. Çalışacağıq ki, öz üzərimizdə işləyək və qollar buraxmayaq. 

- Digər matçlarla müqayisədə, bu oyunda daha yaxşı oynadınız. Razısan? 
- Mən də razıyam ki, oyun yaxşı getdi. İlk yarıda müdafiədə zəif oynadıq. Amma dediyim kimi, gələcək matçlarda da müdafiədəki səhvlərimiz təkrarlanmasın deyə, üzərimizdə çalışmalıyıq. Lakin ümumilikdə oyunumuzdan razıyam.

- Fakt deyil ki, gələn oyunda eyni cür oynayasız. Çünki “Neftçi” qeyri-stabil oynayır..
- Əlbəttə, hər oyun fərqlidir. Elə bir şey yoxdur ki, hər matçı yaxşı oynamalıyıq. Amma hər matçda biz təkmilləşməli və yaxşılaşmalıyıq. Təbi ki, qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.

- “Neftçi” çox qol buraxır. Sən ampluaca müdafiəçisən, çox qol vurursan. Mövqeyini dəyişmək fikrin var?
- Bəlkə də, bilmirsiz, mən 17 yaşıma qədər hücumçu olmuşam. Bundan sonra müdafiəçi kimi oynamağa başlamışam. Hədəfim odur ki, mövsümdə beş qol vurum. Buna görə də hər oyunda qollarımı vurum, artırım, komandama kömək edim.  

- Mətbuatda adın “Qarabağ”la yanaşı çəkilir. Bu barədə fikrin necədir?
- Xeyr, bu haqda məlumatım yoxdur. Hər gün azarkeşlərdən mesaj alıram, mənə dəstək verirlər. Mən də əlimdən gələni edəcəm ki, “Neftçi” azarkeşlərinin ümidlərini doğruldam. Ancaq mən sonuna qədər “Neftçi” komandasındayam və həmişə formanın haqqını verəcəm. Sona qədər var gücümü meydanda qoyacam.

- “Neftçi” bu heyətlə hansı yerlər uğrunda mübarizə aparacaq? 
- Biz yaxşı komandayıq, bizim üçün yaxşı şərait yaradılıb. Yaxşı oyunçular gətirilib. Mənim lider olmaq xarakterim var. Lider tək kapitan olmaq məqsədi deyil, sadəcə meydanda liderlik göstərməlisən. Hər şeyi etməliyik ki, yüksək nailiyyətlər əldə edək, birinci yeri tutaq.

0