Zamiqin komandası bir xalla kifayətləndi
26.10.2024 - 12:24
Zamiqin komandası bir xalla kifayətləndi

Azərbaycan millisinin futbolçusu Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” Albaniya çempionatında növbəti oyuna çıxıb.

Apasport.az xəbər verir ki, sözügedən komanda azarkeşləri önündə “Dinamo”nu qəbul edib. Matç bərabərliklə başa çatıb – 1:1.

Zamiq bu matçda start heyətdə meydana çıxıb və sona qədər oynayıb.

“Eqnatiya” 10 turdan sonra 16 xalla ikinci sıradadır.

0