"Millimiz İsveçdən bir, hətta üç xal ala bilər. Hesab edirəm ki, bugünkü oyunda rəqibi məğlub yola salacağıq".
Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Zaur Ramazanov deyib.
47 yaşlı futbol veteran AVRO-2024-ün seçmə mərhələsinin bu gün keçiriləcək Azərbaycan - İsveç oyunu barəsində fikirlərini bildirib. O, millimizin şansının olduqca böyük olduğunu hesab edir: "Heyət də pis deyil. Futbolçulardan çoxu legioner həyatı da yaşayır. Fikrimcə, bu komanda qələbə qazana bilər. Düşünürəm ki, gələcəkdə belə gənc futbolçular yetişsələr, daha yaxşı olar".
Sabiq futbolçu qardaşı Ağabala Ramazanovun durumuna və meydana nə vaxt qayıdacağına da aydınlıq gətirib: "Ağabalanın durumu hazırda yaxşıdır. Həkimlər bir az müalicəyə ehtiyac olduğunu deyir. Qışdan sonra həkim məsləhəti ilə məşqlərə qoşula bilər. Biz istəyirik ki, tez sağalsın. Əsas onun sağlamlığıdır. Amma meydana nə vaxt dönə biləcəyini dəqiq bilmirəm".
Qeyd edək ki, Azərbaycan millisi bu gün AVRO-2024-ün seçmə mərhələsindəki son ev oyununda İsveçlə qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika stadionundakı matç saat 21:00-da başlayacaq.
- Rövşən Nəcəf: “Azərbaycan futbolu yalnız Premyer Liqadan ibarət deyil”
- FIFA rəsmisi: “Azərbaycan futbolu Avropada etimad qazanır”
- Azərbaycan klublarına UEFA-dan ayrılan maliyyə vəsaiti açıqlanıb
- AFFA-nın illik gəliri açıqlandı: ən böyük pay kimə məxsusdur?
- AFFA açıqladı: BU STADİONLAR TƏMİRƏ BAĞLANACAQ