Zirədə matç başladığı kimi bitdi - YENİLƏNİB
09.12.2023 - 19:00
Zirədə matç başladığı kimi bitdi - YENİLƏNİB

Misli Premyer Liqasının XVI turunun 2-ci oyun gününün son matçında "Zirə" və "Araz-Naxçıvan" komandaları üz-üzə gəlib. 

Apasport.az xəbər verir ki, 28 xalla turnir cədvəlində 2-ci pillədə qərarlaşan Rəşad Sadıqovun yetirmələri keçən tur "Neftçi"yə qarşı alınan məğlubiyyəti azarkeşlərinə unutdurmaq istəyirdi. Lakin maç elə başladığı kimi də bitdi. 0:0

Azər Bağırovun komandası isə xallarının sayını 23-ə çatdırdı.

Qeyd edək ki, XVI tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq. 

Premyer Liqa
XVI tur
9 dekabr (şənbə)

17:00. “Zirə” – “Araz-Naxçıvan” 0-0

Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Əli Əliyev
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Zirə İdman Kompleksinin stadionu

"Zirə": 97. Tiaqo Silva, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 11. Rüstəm Əhmədzadə, 5. Stefan Aka, 44. Dmitrios Çantakias, 70. İssa Cibrila, 15. Pyer Zebli, 6. Eldar Quliyev, 19. Salifu Suma

Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 77. Məqsəd İsayev, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 66. Pərviz Azadov, 52. Emil Bayramov, 9. Vladislav Kulaç, 23. Andriya Lukoviç, 28. Abbas İbrahim

Baş məşqçi: Rəşad Sadıqov

 

"Araz-Naxçıvan": 12. Kristian Avram, 10. Orxan Əliyev, 39. Tural Bayramlı, 3. Turan Manafov, 2. Abdulla Rzayev, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 42. Kadiri Mohammed, 4. İqor Ribeyro, 8. İsmail Azzaui, 27. Numan Kurdiç (k)

Ehtiyat oyunçular: 91. Semir Bukviç, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 5. Nihad Qurbanlı, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 82. Vüsal Alızadə, 19. Aksel Nqando, 9. Elvis Maşike, 14. Miço Kuzmanoviç

Baş məşqçi: Azər Bağırov

0