“Zirə”nin hazırlıq planı açıqlandı
18.06.2022 - 14:28
“Zirə”nin hazırlıq planı açıqlandı

İyunun 13-dən təlim-məşq toplanışına start verən “Zirə”nin hazırlıq planı bəlli olub.

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, paytaxt təmsilçisi ayın 23-nə qədər məşqlərini Bakıda keçəcək.

Bir gün sonra Türkiyəyə yola düşəcək “qartallar” Bolu şəhərində “Vonresort” otelində məskunlaşacaq. “Zirə” bu müddətdə iki yoxlama oyunu keçirəcək. İyulun 7-də Bakıya dönəcək bakılılar Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində Təl-Əviv “Makkabi”si ilə oyunlara son hazırlıq mərhələsini burada keçirəcək.

Qeyd edək ki, "Zirə" ilə "Makkabi" arasında oyunlar iyulun 21-də və 28-də keçiriləcək.

0