186 milyonluq müqavilə
28.09.2023 - 20:52
186 milyonluq müqavilə

“Miluoki Baks” lider Yannis Adetokunboya yeni müqavilə təklif edib.

Apasport.az-ın məlumatına görə, təklif üç illik nəzərdə tutulub.

Klub ulduz basketbolçuya maksimum müqavilə, üç ilə 186,8 milyon dollar ödəməyə hazırdır. Amma Yannis təklifi növbəti mövsümə kimi təxirə salmağı planlayır. Onun oktyabrın 23-nə kimi zamanı var. NBA-da müntəzəm çempionatının startına kimi bütün müqavilələr assosiasiyaya təqdim olunmalıdır.

Qeyd edək ki, “Miluoki” bir gün Demian Lillardı heyətinə cəlb edib.
 

0