NBA təmsilçisi “Leykers” Di Ancelo Rassellə bağlı son qərarını verməyib.
Apasport.az-ın məlumatına görə, komanda basketbolçuya 18-20 milyonluq yeni müqavilə təklif etmək niyyətindədir.
NBA qaydalarına əsasən, klubların mövsümlük maaş cədvəlində limit aşmasına görə cərimələr tətbiq olunur. Bu baxımdan “Leykers”in Rassellə 20 milyondan yuxarı müqavilə təklif etməsi real deyil. Çünki basketbolçu pley-offda ona bəslənən ümidləri doğrultmayıb. O, 16 oyunda 13,3 xal, 4,6 ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, klubla müqaviləsi bitən basketbolçu yaxın günlərdə azad agent statusu alacaq.
20 milyonluq PLAN
04.06.2023 - 14:12
0
0