ABL-də bürünc medal uğrunda növbəti matç keçiriləcək
18.05.2024 - 10:48
ABL-də bürünc medal uğrunda növbəti matç keçiriləcək

Azərbaycan Basketbol Liqasında üçüncü yer uğrunda növbəti matç baş tutacaq.

Apasport.az xəbər verir ki, bu gün saat 19:30-da "Xırdalan" və "NTD-İndiqo" komandaları üz-üzə gələcəklər.

Qeyd edək ki, bu komandalar arasında ilk görüşdə "NTD-İndiqo" rəqibini 95:79 hesabı ilə məğlub edib. İki görüşün yekununda qalib müəyyənləşməsə, üçüncü duel mayın 21-də gerçəkləşəcək.

0