ABL: "Lənkəran" "Ordu"nu qəbul edəcək
29.11.2024 - 10:36
Azərbaycan Basketbol Liqasında bu gün IV turun daha bir matçı keçiriləcək.
Apasport.az xəbər verir ki, B qrupunda “Lənkəran” evdə “Ordu”nu qəbul edəcək.
Lənkəran Olimpiya İdman Kompleksində baş tutacaq görüş saat 14:00-da start götürəcək.
“Lənkəran” hazırda B qrupunda 5 xalla dördüncüdür. Eyni xala malik “Ordu” ikinci pillədə qərarlaşıb.
Qeyd edək ki, IV turun noyabrın 26-da keçirilmiş "Abşeron" – "Naxçıvan" oyunu birincilərin məğlubiyyəti ilə yekunlaşmışdı - 68:72. Turun digər matçları noyabrın 30-da və dekabrın 1-də baş tutacaq.
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
- Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri
0
0