“Abşeron”da yeni legioner
16.02.2025 - 13:44
"Abşeron" heyətini yeni basketbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, Türkiyəli Ömər Yavaş mövsümün sonuna qədər "Abşeron"un uğurları üçün çalışacaq.
24 yaşlı basketbolçu son olaraq ölkəsinin 1-ci liqa komandası "Kapaklıspor"da forma geyinib. Ömər Yavaş karyerası ərzində superliqa komandası olan "Tofaş" və "Yalovaspor"un da şərəfini qoruyub.
Qeyd edək ki, türkiyəli basketbolçu "Tofaş"da keçirdiyi illər ərzində avropa kuboku, çempionlar liqası kimi turnirlərdə də çıxış edib.
- Azərbaycan millisi Kutaisidə keçirilən beynəlxalq turnirdə 4-cü olub
- 12 yaşadək basketbolçulardan ibarət millimiz Kutaisidə beynəlxalq turnirə iki qələbə ilə başlayıb
- Millilərimiz Avropa çempionatına Belarusda hazırlaşacaq
- Lazar Spasiç: "Sabah" kimi iddialı klubun baş məşqçisi təyin olunmaq böyük şərəfdir"
- "Sabah" Lazar Spasiç ilə 3 illik müqavilə imzalayıb - RƏSMİ
0
0