Avroliqada pley-in formatı
20.06.2023 - 20:23
Avroliqada pley-in formatı

Basketbol üzrə Avroliqada pley-in formatı tətbiq edilə bilər.

Apasport.az-ın məlumatına görə, bunu Avroliqanın yeni direktoru Paulyus Moteyunas bildirib.

Direktor klublarla müzakirə aparıldıqdan sonra qərar verəcəklərini deyib: “Turnirdə pley-in formatı ilə bağlı danışıqlar gedir və klublarla müzakirə olunacaq. Avroliqanın hazırki sistem saxlanılmalı və kiçik dəyişikliklər edilə bilər”.

Moteyunas təqvimlə bağlı Avroliqa və FİBA arasındakı anlaşılmazlığa da münasibət bildirib. O, danışıqlar yolu ilə problemlərin müsbət həllinə çalışacaqlarını qeyd edib.

Qeyd edək ki, pley-in formatı turnir cədvəlində “ilk 8-liy”dən kənarda qalan komandalara pley-offda oynamaq şansı yaradacaq.

0