Avropa çempionatına yollanacaq milli Qaxda toplanış keçir
11.06.2024 - 13:34
Avropa çempionatına yollanacaq milli Qaxda toplanış keçir

Gənc basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlıqları davam etdirir.

Apasport.az xəbər verir ki, U-20 yığması iyunun 3-dən Qax Olimpiya İdman Kompleksində təlim-məşq toplanışının birinci mərhələsinə start verib.

İspaniyalı məşqçi Alberto Blankonun rəhbərlik etdiyi komanda gündə iki dəfə olmaqla taktiki və fiziki məşqlər keçir.

Millini iyulun 12-21-də Rumıniyanın Piteşti şəhərində keçiriləcək Avropa çempionatı B divizionunda mübarizə gözləyir.

Qeyd edək ki, təlim-məşq toplanışının birinci mərhələsi iyunun 19-na qədər davam edəcək.

0