Ayton və Middlton “Dallas”ın radarında
02.05.2023 - 00:53
Ayton və Middlton “Dallas”ın radarında

Milli Basketbol Liqasında pley-offdan kənarda qalan “Dallas” növbəti mövsümün planlarını cızır.

Apasport.az məlumat verir ki, “Meyverks” mərkəz və hücum mövqelərini möhkəmləndirmək arzusundadır.

Yayılan xəbərlərə görə “Finiks”dən Deandre Ayton və “Miluoki”dən Kris Middlton klub rəhbərliyinin planlarına daxil olub. Amma bunun üçün ilk əvvəl heyətdəki bəzi basketbolçularla vidalaşmaq lazımdır. 

Xatırldadaq ki, “Dallas” Luka Donçiçin liderliyində çempion heyət formalaşdırmağı planlayır.
 

0