Azərbaycan Kuboku: 1/8 final həyəcanı başlayır
28.01.2025 - 09:56
Basketbol üzrə Azərbaycan Kubokunda bu gün 1/8 final mərhələsi başlayacaq.
Apasport.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
"Lənkəran" - NTD matçı saat 14:00-da, "Abşeron" - "Quba" görüşü isə 19:00-da start götürəcək.
Qeyd edək ki, bu raundun "Gəncə" - "Ordu" və "Sumqayıt" - "Neftçi" oyunları sabah təşkil olunacaq. "Naxçıvan", "Sabah", "Sərhədçi" və "Şəki" komandaları mübarizəyə 1/4 finaldan start verəcəklər.
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri
- “Neftçi” FIBA Avropa Kubokunda ardıcıl beşinci məğlubiyyətini aldı
- "Neftçi" Avropa Kubokunda növbəti matçına çıxacaq
- “LANDAU Lions” Portuqaliyada qələbə axtarışında
0
0