Azərbaycan kubokunun püşkü atıldı
19.12.2023 - 14:28
Azərbaycan kubokunun püşkü atıldı

Basketbol üzrə Azərbaycan kubokunun püşkü atılıb.

Apasport.az xəbər verir ki, bunu Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti açıqlayıb.

Tədbirdə komandalar qruplara bölünüb. Bu mərhələdə 10 iştirakçı iki qrupda mübarizə aparacaq.

"Neftçi", "Xəzri", "Cəlilabad", "Xırdalan" və "Sumqayıt" A qrupunda, "Sabah", "Gəncə", "NTD-İndiqo", "Sərhədçi" və "Şəki" B qrupunda qüvvəsini sınayacaq. Hər qrupdan iki komanda yarımfinala yüksələcək.
 

0