Azərbaycan Kubokunun qalibi bəlli olacaq
20.04.2024 - 12:24
Azərbaycan Kubokunun qalibi bəlli olacaq

Bu gün basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq.

Apasport.az xəbər verir ki, finalda "Xəzri" və "Neftçi" klubları üz-üzə gələcəklər.

“Sərhədçi” İdman Mərkəzində reallaşacaq qarşılaşma saat 15:00-da start götürəcək.

Qeyd edək ki, ötən mövsüm "Gəncə" komandası bu titula sahib çıxıb.

0