Azərbaycan millisi AVRO-2023-ün hazırlığına başladı
30.05.2022 - 17:15
Azərbaycan millisi AVRO-2023-ün hazırlığına başladı

Bu gün qadın voleybolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışına Bakıda start verib. 

Apasport.az saytı xəbər verir ki, V İslam Həmrəyliyi Oyunlarına, eləcə də  AVRO-2023-ün təsnifat mərhələsinə hazırlaşan komanda ilk məşqini “Murov” Voleybol Klubunun idman zalında keçirib.

25 idmançının cəlb olunduğu toplanışa Eldar Yusubov rəhbərlik edir. Ona Vüqar Əliyev və Emin Əbilov kömək edirlər.

Qeyd edək ki, voleybolçularımız AVRO-2023-ün təsnifat oyunlarında D qrupunda Sloveniya, Gürcüstan və Avstriya milliləri ilə mübarizə aparacaq. V İslam Həmrəyliyi Oyunlarında isə komandanın rəqibləri hələlik məlum deyil.

0