Azərbaycan millisi Litvaya yollandı
07.11.2023 - 11:06
Azərbaycan millisi Litvaya yollandı

Qadınlardan ibarət basketbol yığmamız Litvaya yola düşüb.

Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
 
Basketbol üzrə qadınlardan ibarət yığmamız Avropa çempionatının seçmə mərhələsində mübarizə aparacaq. Eurobasket-2025-ə vəsiqə uğrunda matçlarda millimiz Belçika, Litva və Polşa ilə qarşılaşacaq.

Qeyd edək ki, seçmə mərhələ noyabrın 9-da start götürəcək.

0